Tanınmış futbol hakimi də deputatlığa namizəd oldu – TƏSDİQLƏNDİ (FOTO)

  • By admin
  • 14 Yanvar 2020 11:14
Keçmiş FİFA referisi, tanınmış futbol hakimi Əfqan Həmzəyev 9 fevralda keçirilən növbədən kənar parlament seçkilərində iştirak edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Ə.Həmzəyev özü sosial şəbəkə hesabından məlumat verib.

O, namizədliyini 32 saylı Suraxanı seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Əfqan Həmzəyev uzun illər futbol üzrə Azərbaycan çempionatının oyunlarını idarə edib.