Tanınmış teleaparıcı Space TV-dən ayrıldı

  • By admin
  • 09 Sentyabr 2016 11:30

zehra

Aparıcı Zəhra Rüstəmova Space TV-dəki işindən ayrılıb.

Gununsesi.info olke.az-a istinadən xəbər verir ki, “Sənətsevər” verilişinin aparıcısı telekanaldan ayrılması barədə bunları yazıb.

“Sənəti sevən, sənətini sevən, ətrafında daim yaradıcı, ancaq yaradıcılıqla məşğul olan insanları görmək istəyən mən Zəhra Rüstəm – Osmanova bu gündən olaraq rəsmən “Space” televiziyasından ayrıldım. “Sənətsevər” verilişi ilə çox gözəl sənətkarlarla tanış oldum, tamaşaçılara ancaq xoş və bayağı olmayan məlumatlar çatdırdım, həyatdır, hər şey olur. İnanıram ki, hər şey bundan da yaxşı olacaq. Məqsədlərə doğru ancaq irəli”.

Qeyd edək ki, “Sənətsevər” sırf mədəniyyət yönümlü layihə idi.

Gununsesi.info