Tanınmış yumorist Bakıda tamaşaçıların qarşısına “stand up” şousu ilə çıxacaq - FOTO

  • By admin
  • 13 Sentyabr 2019 15:33

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənnisi Maksin Qalkinin yaradıcılıq axşamı keçiriləcək.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, tamaşaçılar qarşısına “stand up” şousu ilə çıxacaq. İki saatadək davam edəcək proqramda  parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini yer alacaq.

 Maksim Qalkinin Heydər Əliyev Mərkəzində keçiriləcək yaradıcılıq axşamına biletlərin qiyməti 40, 70, 100, 140, 180, 220 və 300 AZN-dir.