
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gununsesi.org-un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Hüseynov 8 il, R.Sultanov və H.Həsənovun hər biri 7 il 6 ay, D.Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.








