“Tank biatlonu”nun yarımfinal mərhələsi keçirilir - VİDEO

  • By admin
  • 01 Sentyabr 2021 09:24

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən Gununsesi.info-a verilən məlumata görə, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

VIDEO

Gununsesi.info