Tanzaniyada kilsədə izdiham zamanı onlarla insan həlak olub

  • By admin
  • 02 Fevral 2020 13:36

Tanzaniyada kilsədə xidmət zamanı yaranmış izdiham zamanı azı 20 nəfər həlak olub.

Gununsesi.org xəbər verir ki, bu barədə yerli məmurlara istinadən “Agency France Presse” məlumat yayıb.

Agentlik bildirib ki, hadisə Moşi şəhərindəki xristian kilsəsində xidmət zamanı baş verib.

Qeyd edilir ki, basırıq Tanzaniyada məşhur pastor Bonifas Mvamposın yağı yerə töküb onu müqəddəs elan etdiyi xütbəsi zamanı başlayıb. Möminlərin və pastorun inamına görə yağ xəstəlikləri sağalda bilər. İnsanlar sağalma ümidi ilə “müqəddəs yağ”a toxunmağa tələsiblər.

“Hazırda 20 nəfər həlak olub, amma ölənlərin sayı arta bilər, çünki yaralılar var”, – deyə şəhərin dairə komisarı Kippi Variobiya agentliyə bildirib.

 

 

Gununsesi.org