Tarixdə bir ilk: Robot musiqi turuna çıxaraq konsert təşkil edəcək – Mahnılar yazır, rəqs edir və musiqi alətində çalır - VİDEO

  • By admin
  • 05 Mart 2020 07:42

Şimon adlı robot dünya tarixinə ilk musiqi albomu yazan süni intellekt kimi düşüb.

Gununsesi.org oxu.az-a istinadla xəbər verir ki, robot oxumağı, rəqs etməyi bacarır və bütün mahnıları özü yazır.

Bu yaxınlarda Şimon musiqi turuna çıxaraq yazdığı mahnıları geniş kütləyə təqdim edəcək.

Robotu yaradan alim Cil Vaynberq deyir ki, Şimonun albomunda 10 mahnı var.

C.Vaynberq qeyd edib ki, Şimonun yaddaşında müxtəlif janrlara aid 50 min mahnı var. Robot həmçinin marimba musiqi alətində ifa edə bilir.

 

Gununsesi.org