“Tarqovı”da qızlar saçyolduya çıxdılar - POLİS GÜCLƏ AYIRDI

  • By admin
  • 28 Mart 2017 13:00

1490682118-2318

Bakının mərkəzində xanımlar arasında dava düşüb.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Xəqani  küçəsi 24 ünvanının  qarşısında (“Tarqovı” məhəllə istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə  Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.

Yaxınlıqdakı şəxslər çalışsa da bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.

Gnunsesi.info