Tatarıstan prezidenti Azərbaycana gəlir

  • By admin
  • 15 Noyabr 2022 13:37

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.

Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.

Gununsesi.info