Tatarıstanda yaşayış binasında partlayış  - Ölən və yaralananlar var

  • By admin
  • 23 İyun 2018 10:57

Tatarıstanın Zainsk şəhərində yaşayış binasında partlayış baş verib.
Hadisə binanın 4-cü mərtəbəsində yerləşən mənzillərin birində qaz sızması nəticəsində yaşanıb. Partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölən şəxs evin damında havalandırma sisteminin təmizlənməsi ilə bağlı təmir işi aparan fəhlə olub.
İnsidentlə bağlı cinayət işi açılıb. (Qafqazinfo)