Tatarıstanın səhiyyə nazirinin müavininin meyiti mənzilində aşkar edilib

  • Müəllif: admin
  • 07 Fevral 2018 20:55


Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılıb və bu səbəbdən ev dustaqlığında saxlanılırdı.

Y.Şışmaryovanın özünə qəsd etdiyi ehtimal olunur.

Gununsesi.info