Taxıl satan deputat villasından danışdı -BURADA NƏ VAR Kİ?

  • By admin
  • 12 Avqust 2016 14:43

Tahir_Süleymanov

Tanınmış iş adamı, Milli Məclisin Siyəzəndən olan üzvü Tahir Süleymanov bahalı villa sahibi olmasıma görə, sosial medianın hədəsinə tuş gəlib. T. Süleymanovun deputat olması onu hədəfə gətirib. Çünki qanunla deputatın biznes fəaliyyəti qadağandır.

Gununsesi.info-nun əməkdaşı deputatla əlaqə saxlayıb.  T. Süleymanov mətbuatda barəsində yazılanlardan təəccüb keçirdiyini deyib: “Mənim evim olmamalıdır? Burada təəccüblü nə var ki? Mətbuat yazmağa mövzu tapmır. Bu yazılanlar mənim seçicilərimin də narazılığına səbəb olub”.

Deputat kimi biznes fəaliyyətinin  qanunsuz olmasına gəlincə, T. Süleymanov bildirib ki, hazırda bizneslə məğul olmur.

Deputatın təkzibinə baxmayaraq, qeyd edək ki, T. Süleymanov taxıl biznesi ilə məşğul olan iş adamı kimi tanınır.

Gununsesi.info