Taysonun qızı qətlə yetirildi

  • By admin
  • 16 Oktyabr 2016 20:39

770ce12d4b6d45900366be52dce474f8

ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, insident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.
Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Qeyd olunur ki, Triniti Qeydə yüngül atlet olub, 2015-ci ildə gənclər üzrə bir sıra sprint yarışlarının mükafatını qazanıb.

Gununsesi.info