Tbilisidə antiterror əməliyyatı zamanı 3 nəfər zərərsizləşdirilib

  • Müəllif: admin
  • 22 Noyabr 2017 19:42


Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.

Gununsesi.info