Tbilisidə “zapravka” partladı, yaralılar var

  • By admin
  • 07 Dekabr 2019 22:14

Tbilisidə Pirosmani küçəsindəki yanacaqdoldurma məntəqəsində partlayış olub.

Gununsesi.org Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb. Partlayışdan sonra yanğın başlayıb. İnsident zamanı biri uşaq və biri qadın olmaqla 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

Faktla bağlı cinayət işi açılıb.