Tbilisidəki aksiyalarda zorakılıq törədən 10 polis əməkdaşı işdən çıxarılıb

  • By admin
  • 25 İyun 2019 08:57

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-də baş verən aksiyalar zamanı aksiyaçıları dağıtmaq üçün zor tətbiq edən 10 polis əməkdaşı işdən çıxarılıb.

Gununsesi.org Rustavi2 kanalına istinadən xəbər verir ki, bu barədə məlumat verən Daxili İşlər Nazirliyinin rəsmisi Mamuka Çelidze onlardan 2-nin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib:

Daxili İşlər Nazirliyi etiraz aksiyası zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının mümkün qanun pozuntularını araşdırır. İstintaq çərçivəsində 10 polis əməkdaşının səlahiyyətinə xitam verilib