Tbilisidən Bakı və İrəvan AÇIQLAMASI

  • By admin
  • 20 Sentyabr 2022 19:10

Tbilisi Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri rəhbəri İlya Darçiaşvili deyib.

“Gürcüstan hər zaman cənub qonşularımıza sülhün möhkəmləndirilməsi istiqamətində dialoq yarada biləcək ölkə kimi kömək etməyə hazır olub. Bu prosesdə vasitəçi kimi biz hər zaman hazırıq. Gürcüstanın bununla bağlı heç bir ilkin şərti yoxdur. Tbilisinin əsas məqsədi regionda sülh və sabitlikdir”, – XİN başçısı qeyd edib.

Gununsesi.info