TƏBİB-dən Çimnaz Sultanovanın ölümü ilə bağlı açıqlama

  • By Günel
  • 15 Yanvar 2025 22:28

TƏBİB aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, qurumdan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı tibb müəssisələrinə müraciət daxil olmayıb.

“Bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb”, – TƏBİB-dən bildirilib.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib. Bu gün onun doğum günü idi.

Gununsesi.info