TƏBİB-ə direktor müavini təyin olundu

“Yüksəliş” müsabiqəsinin finalçısı Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.

Bu barədə Gununsesi.info -ya TƏBİB-dən məlumat verilib.

B.Rzayev daha əvvəl ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri və Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.

O, yeni təyinatdan əvvəl TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

 

Gununsesi.info