Telefonları itirməkdən qorxmayın - GOOGLE

  • Müəllif: admin
  • 10 Avqust 2017 17:26

15023665021587361440_1000x669

“Google” axtarış sistemində itirilmiş və ya oğurlanmış smartfonlar və planşetlərin yerini müəyyən etmək mümkündür.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəvər verir ki, bunun üçün əvvəlcə “Google” şəbəkəsinin saytına və mobil qurğuda istifadə olunan hesaba daxil olmaq, sonra axtarış sətrində rus və ya ingilis dilində “Mənim telefonum haradadır?” sorğusunu daxil etmək lazımdır.

Xidmət cavab olaraq qurğunun yerinin göstərildiyi xəritəni təqdim edəcək. Funksiyanın tam işləməsi üçün qurğuda “Google” proqramı quraşdırılmış, xatırlatmalar, veb-axtarış və proqramların tarixi, xəbərdarlıqlar aktivləşdirilmiş olmalıdır.

Gülnaz Qənbərli

Gununsesi.info