Telefonu danışdığı yerdə partladı - İSTİFADƏÇİ XƏSARƏT ALDI (FOTOLAR)

  • By admin
  • 17 Oktyabr 2016 12:10

tel

Tanınmış brend firmaların partlayan telefon xəbərləri bu ilin ən çox danışılan hadisələrindən sayılır.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Galaxy Note 7 modelindən sonra bir şəxsin üzündə Iphone 7 partlayıb.

Ötən günlərdə qutuda partlayan Iphone 7-dən sonra, indi də Çində bir şəxs  video yazısı çəkərkən telefon üzünə yaxın məsafədə partlayıb. Verilən məlumatlara görə, telefonun qırılan parçaları istifadəçinin üzünü yaralayıb. Hadisə ilə bağlı Apple şirkəti ilə əlaqə saxlayan şəxs səlahiyyətli heyətə deyil, birbaşa şirkət mərkəzinə yönləndirilib. Hazırda həmin telefonun şirkətin hasnsı şəbəkəsindən alındığı araşdırılır.

Təəssüf ki, son zamanlarda bu cür hadisələrə çox rast gəlinir. Bu problemlər, əsasən,telefonun  batareya hissəsindən qaynaqlanır.

tel1

Gununsesi.info