
Ötən həftə “Telegram” messenceri yenilənib. Mobil proqramın yeni versiyasında səsli zənglər funksiyası istifadəyə verilib, həmçinin videofaylların mübadiləsi üçün yeni imkanlar əlçatan olub.
Gununsesi.info-nun “ICTnews”a istinadən verdiyi məlumata görə, “Android” mobil əməliyyat sistemi üçün 3.18.1 versiyasında qısa videomesajlar funksiyası təqdim olunacaq.
Videomesaj göndərmək funksiyasını aktivləşdirmək üçün “Telegram” messencerini 3.18.1 versiyasınadək yeniləməli, bundan sonra video rejiminə keçid üçün mikrofon ikonkasına sıxmaq lazımdır. Müvafiq ikonka peyda olduqdan sonra video çəkmək üçün düyməni sıxıb saxlamaq kifayətdir.
Gununsesi.info












