“Telegram”da səsli zənglər funksiyası istifadəyə verilib

  • Müəllif: admin
  • 30 Mart 2017 20:49

Two men pose with smartphones in front of a screen showing the Telegram logo in this picture illustration taken in Zenica, Bosnia and Herzegovina November 18, 2015. The mobile messaging service Telegram, created by the exiled founder of Russia's most popular social network site, has emerged as an important new promotional and recruitment platform for Islamic State. The service, set up two years ago, has caught on in many corners of the globe as an ultra-secure way to quickly upload and share videos, texts and voice messages. It counts 60 million active users around the world. Picture taken November 18.     REUTERS/Dado Ruvic - RTS7W3T

Populyar “Telegram” messencerində səsli zənglər funksiyası istifadəyə verilib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, hazırda sınaqlarının keçirilməsi barədə martın ortalarında məlum olan funksiyadan Qərbi Avropada (ölkələrin siyahısı qeyd olunmayıb) messencerin “iOS” və “Android” qurğu istifadəçiləri yararlana bilərlər. Lakin tezliklə digər istifadəçilərin də zəng etmək imkanı əldə edəcəkləri bildirilir.

Şirkət nümayəndələri qeyd ediblər ki, yeni funksiya zənglərin şifrlənməsini dəstəkləyir. Zənglər edilən zaman proqram istifadəçilərin bağlantı parametrlərini avtomatik müəyyənləşdirəcək və ondan asılı olaraq səsli rabitənin keyfiyyətini sazlayacaq. Həmçinin, sazlamalarda rabitə keyfiyyətinin aşağı salınması sayəsində trafikin həcminin azaldılmasını avtomatik etməyə imkan verən ayrıca funksiya yer alıb.

Bundan başqa, funksiyanın sazlamaları istifadəçiyə ona “Telegram” vasitəsilə zəng edə biləcək şəxslərin əhatəsini müəyyənləşdirmək üçün şərait yaradır. Məsələn, yalnız kontaktlar siyahısında olan insanlara zəng etməyə icazə vermək və ya belə insanlar üçün ayrıca siyahı, eləcə də “qara siyahı” yaratmaq mümkündür.

Gununsesi.info