Telekanal və radiolar satışa çıxarılıb - BUNUNLA BAĞLI TENDER ELAN OLUNUB

  • Müəllif: admin
  • 14 Sentyabr 2017 15:00

05

Türkiyədə bir neçə telekanal və radiounun lisenziyası, maşın və avadanlıqları satışa çıxarılıb.

Bu barədə Gununsesi.info Türkiyənin Dövlət Əmanətlərin Sığortalanması Fonduna (TMSF) istinadən məlumat verir.

Belə ki, satışa “Kanaltürk” və “Bugün” telekanalları və onların daxilində fəaliyyət göstərən radiolar çıxarılıb. Artıq adıçəkilən telekanalların və radioların satışı ilə bağlı TMSF tərəfindən tender də elan olunub.

Eyni zamanda TMSF “Kanaltürk” və “Bugün” telekanalların və radioların fəaliyyət göstərməsi üçün xüsusi razılığın (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğlərini də açıqlayıb.

Qeyd edək ki, “Kanaltürk” və “Bugün” telekanaları həm rəqəmli birbaşa peyk TV yayımı, həm də kabel şəbəkəsi üzrə TV yayımı həyata keçirirlər.

“Kanaltürk”ün həm peyk, həm də kabel şəbəkəsi üzrə TV yayımları üzrə xüsusi razılığın (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği 600 minTL-dir. “Kanaltürk” radionun yayımları üzrə xüsusi razılığın (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği isə 200 min TL-dir.

“Bugün” TV və onun daxilində fəaliyyət göstərən radio prodakşn üçün həm peyk, həm də kabel şəbəkəsi üzrə TV yayımları üzrə xüsusi razılığın (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği 550 min TL-dir.

Bundan başqa, TMSF tərəfindən “Bugün” TV və onun daxilində fəaliyyət göstərən radio prodakşnın bütün maşın və avadanlıqları da satışa çıxarılıb. Satışa görə ödənilən dövlət rüsumunun məbləği isə 6 milyon 449 min TL-dir.

Anar

Gununsesi.info