Teleqüllə yandı - KANADADA

  • By admin
  • 16 Avqust 2017 23:20

573378

Kanadanın Toronto şəhərində televiziya qülləsində yanğın olub.

Si-En-Tauer qülləsində yerli vaxtla səhər saat 4 radələrində başlayan alovu 3 saatdan sonra söndürmək mümkün olub. Hadisə zamanı qüllədə olan təmizləyicilər təxliyə edilib. Yanğında xəsarət alan olmayıb.

Hündürlüyü 550 metr olan teleqüllə şəhərin ən görməli yerlərindən hesab edilir.

Gununsesi.info