
Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə icra hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, son günlərdə atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.
Həmçinin qeyd olunur ki, məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən Qərargahın iclası keçirilib, xidmət, təşkilat və dıgər sahələrin rəhbərlərinə müvafiq tapşirıqlar verilib. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən prosseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır.
Gununsesi.info










