Terrorizmə qarşı birgə və qətiyyətlə mübarizə aparılmalıdır - Elmar Məmmədyarov

  • By admin
  • 22 Avqust 2016 09:30
elmar
Terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmalıdır. 
XİN-dən Gununsesi-info-ya daxil olan məlumatda bildirlir ki, E.Məmmədyarov Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədarhəmkarı Mövlud Çavuşoğluna 21 avqust 2016-cı il tarixli başsağlığı məktubu ünvanlayıb.
Məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.
Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.
Gununsesi-info