“Terrorun intiqamı alınmalıdır” - POLİTOLOQ

  • By admin
  • 12 Dekabr 2016 10:45
Elxan Shahinoglu
“Türkiyə terrorçuları  elə onların öz silahları ilə vurmalıdır. Terrorun intiqamı alınmalıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında “Atlas” Araşdımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İstanbulda baş verən terror hadisəsinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, PKK bu gün DAIŞ-in texnologiyasını mənimsəyib, “terrorçu kamikadzelər” yetişdirir və  adını da “kürd şahinləri” qoyub.
“Bu cür texnologiya ilə ənənəvi üsullarla mübarizə aparmaq çətindir. Ona görə  də bu terrorçuları elə onların öz silahları ilə vurmaq lazımdır”- deyə, politoloq  hesab edir.
Onun fikrincə, bir dəfə eşitmədik ki, PKK-nın bazalarının birində kimsə içəridən terrorçuları partlatsın: “ Yoxdursa, Türkiyənin intiqamını almağa hazır olan vətənsevər kürdləri yetişdirmək lazımdır. Fələstinin terrorçu qruplaşması Münhen olimpiadasında bir qrup israilli idmançını qətlə yetirdi. Əvəzində İsrail kəşfiyyatı kənarda yəhudi ideologiyasına sadiq olan qrup yaradaraq onlara tapşırığını elan etdi: İsrailli idmançların qətlinə əmr verən və həyata keçirənlərin tamamı dünyanın istənilən nöqtəsində tapılıb qətlə yetirilməlidir. Bir neçə ilin ərzində dünyanın müxtəlif ölkələrində həmin fələstinli terrorçuların və onların mənəvi liderlərinin meyitləri tapıldı. Rusiyanın özü İstanbulda nə qədər keçmiş çeçen döyüşçünün qətlinə əmr verdi. Çoxları bu üsuldan istifadə edir. Terrorçu bilməlidir ki, o 20 nəfər öldürəcəksə, qarşı tərəf ondan on qat artığını qətlə yetirəcək. Türkiyə bir dəfə bu yolu keçib, türkiyəli diplomatları qətlə yetirən erməni “Asala” təşkilatı terror əməlinə görə baha qiymət ödədi. Demək, bu üsulu yenə təkrarlamağa ehtiyac var.
Mürtəza
Gununsesi.info