Teylor Svift Trampı tənqid etdi

  • By admin
  • 27 Avqust 2019 13:08

Pop ulduz Teylor Svift Amerika prezidenti Donald Trampı növbəti dəfə tənqid edib.  Gununsesi.org xəbər verir ki,  29 yaşlı ifaçı ötən gün “MTV” mükafatları mərasimində ölkə başçısına söz atıb. 

Homofoblardan bəhs edən “You Need To Calm Down” adlı klipi ilə mükafat alan sənətçi eynicinslərin hüquqlarını qoruyan qanunun qüvvəyə minmədiyini qeyd edib:

 “Hamımızın hüquqlarını müdafiə edən “Bərabərlik qanunu” mövzusunda kampaniya başlayıb. İmza atan hər kəsə təşəkkür edirəm. Artıq yarım milyon vətəndaş bu kampaniyanı dəstəkləyir. Ancaq Ağ Ev isə… Onlar bu qanun layihəsinə şərh verməlidirlər”.

Gununsesi.org