Teymur qələbəsindən danışdı - VİDEO

  • By admin
  • 04 Oktyabr 2019 22:14

Şahmat üzrə Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun qalibi Teymur Rəcəbov oyundan sonra müsahibə verib.

Gununsesi.org xəbər verir ki, 32 yaşlı qrossmeyster qələbədən çox xoşbəxt olduğunu deyib:

“Hisslərimi ifadə etmək çətindir. Çünki ilk dəfədir bu cür turnirin qalibi oluram. Həqiqətən, çox xoşbəxtəm. Belə bir titula sahib çıxmışam. Özünüz gördüyünüz kimi çətin oldu. Hələ ki, qarşıda heç bir planım yoxdur. Ailəmin yanına, evimə gedəcəm. Komandamda olan hər kəsi təbrik edirəm”.