Tiflisdə qətlə yetirilən azərbaycanlı ilə bağlı şok təfərrüat - "LOTU QULİ"NİN “SAĞ ƏLİNİ” KİMLƏR ARADAN GÖTÜRÜB?

  • By admin
  • 13 Sentyabr 2017 17:30
8138c17e0ee72855931d326a767bf713
Sentyabrın 12-də Tiflisin mərkəzində qətlə yetirilən Elşən Məmmədov kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlofovun “sağ əli” hesab olunub və onu Rafiq Eyvazov kriminal aləmdə “Rafiq Masalllinsk” tərəfindən qətlə yetirildiyi bildirilir. 
Gununsesi.info “primecrime”ə istinadən xəbər verir ki, 42 yaşlı Elşən Məmmədov 2015-ci ildə Moskvada baş verən cinayət hadisəsinə görə axtarışda olub.
E.Məmmədovun Tiflisin mərkəzindəki “Maspindzelo” restoranı yaxınlığında ağ rəngli “Toyota Land Cruiser” cipdə iki nəfər tərəfindən qətlə yetirildiyi bildirilir. O başından aldığı güllə yarasından dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları “isti” izlərlə hadisəni törətməkdə təqsirli bilinən şəxsi saxlayıb. O Azərbaycan vətəndaşı və məhkumluğu olmayan şəxsdir. Araşdırma nəticəsində bəlli olub ki, bu şəxs hadisədən iki gün öncə  Gürcüstana gəlib. 
Araşdırma zamanı o da bəlli olub ki, Elşən Məmmədov hadisə baş verən gün restoranda İlham Hacıyev və “Lotu Quli”yə yaxın dairənin üzvləri ilə birgə şam edib. Hadisənin şahidlərinin dediyinə görə, onlar restoranda yeməkdən sonra kofe içiblər və birdən əyləşdikləri masa arxasından qalxıblar. Masa arxasında qalxanlar bir neçə yerə ayrılaraq maşının yanında birləşməliymişlər, hansı ki, Elşən Məmmədovu orada ölüm gözləyirmiş.
“Primecrime”nin əldə etdiyi məlumata görə, hadisə “Rafiq Masallinski” tərəfindən törədilib. Çünki vaxtı ilə Rafiqi Elşən öz restoranına qonaq dəvət edib və orada onun sol qulağının kəsilməsinə şərait yaradıb. Rafiqin qulağının kəsilməsi prosesini videoya çəkən və onu geniş kütləyə yayan da məhz Elşən olduğu bildirilir.
Hələ o hadisədən sonra “Lotu Quli”nin adamları Rafiqi sağ buraxdıqlarına görə təəssüfləndirklərini dəfələrlə dilə gətirib. Alçaldılan, ancaq sındırılmayan Rafiq bunun qisasını alacağını deyib. Bunlar içərisində Elşən siyahıda birinci olub.
Əldə edilən məlumata görə, Rafiq Elşənin Gürcüstanda olduğu barədə məlumata malik olub və Elşəni aradan götürmək üçün ora etibarlı killer yollayıb. Yayılan məlumatlara görə, Elşənin aradan götürülməsi üçün 500 min dollar mükafat təyin edilib. Odur ki, hadisənin Rafiqin tərəfindən törədildiyi heç kimdə təəccüb doğurmur. 
Digər məlumatlara görə, “Lotu Quli”nin adamlarının aradan götürülməsinin sponsorunun Moskvadakı ən iri meyvə-tərəfəz ticarət mərkəzinin icarəçisi 39 yaşlı Zaur Əhmədovun olduğu da bəlli olub. O, “düşmənimin düşməni mənim dostumdur” prinsipinə sadiq qalaraq, Rafiqlə onunla iş birliyinə girib. “Lotu Quli” ilə Rövşən arasında müharibədən sonra Zaur Rövşəndən qalan bütün sərvətini onun qisasını alanlara xərcləyəcəyinə söz verib. 
Qeyd etmək lazımdır ki, bu günlərdə Rusiya mediasında azərbaycanlı kriminal avtoritetlərin “Lotu Quli”yə qarşı birləşməsi barədə məlumat gedib. 
Gununsesi.info