Tillerson Türkiyəyə Suriyada təhlükəsizlik zonası yaratmağı təklif edib - MÖVLUD ÇAVUŞOĞLU

  • Müəllif: admin
  • 24 Yanvar 2018 18:29

ABŞ-ın Dövlət katibi Reks Tillerson Türkiyəyə Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılmasını təklif edib.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir deyib ki, R.Tillerson təhlükəsizlik zonasının 30 kilometrədək çata biləcəyini qeyd edib.

Qeyd edək ki, 2013-cü ildə Türkiyə hökuməti ABŞ-a Suriyada təhlükəsizlik zonasının yaradılmasını təklif etmişdi.

Gununsesi.info