Timoşenko Ukrayna prezidentliyinə namizəd olacaq

  • Müəllif: admin
  • 20 İyun 2018 17:20
“Batkovşina” partiyasının sədri, keçmiş baş nazir Yuliya Timoşenko Ukrayna prezidentliyinə namizəd olacağını elan edib.

Gununsesi.info xəbər verir ki, o bu barədə öz “Facebook” səhifəsində məlumat verib.

“Bəli, mən Ukrayna prezidentliyinə namizəd olacam. Amma sırf vəzifə xatirinə buna getmirəm”.

Timoşenko qələbə qazanacağına əminlik ifadə edib və prezident idarəetməsini parlament formasına keçirəcəyini açıqlayıb.

O, Ukraynanın sonuncu prezidenti olacağını və ondan sonra vətəndaşların yalnız kansler seçəcəklərini deyib.