Tokioda fövqəladə vəziyyət elan oluna bilər

  • By admin
  • 19 Aprel 2021 10:09

Yaponiyada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq paytaxt Tokioda fövqəladə vəziyyət elan oluna bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Tokio qubernatoru Yuriko Koike açıqlama yayıb.

“Fövqəladə rejimin tətbiq edilmə imkanını nəzərdən keçirmək üçün sərəncam verdim”, – Koike hazırkı vəziyyətdə dərhal qərar verilməli olduğunu vurğulayıb.

Tokioda son sutka ərzində koronavirusa 543 yeni yoluxma faktı qeydə alınıb.

Gununsesi.info