
Türkiyədə izdivaç veriliş ilə məşhurlaşan gəlin namizəd Naz Mila bu dəfə prodüser Tarix Əliyevlə (Tolik) qalmaqal yaşayıb.
Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, tərəflər sosial şəbəkədə bir-birinin ünvanına təhqirlər yazıb.
Nazın “Qarabağ”dan kim “Çelsi”yə qol vursa, onun imzasını ombama döymə etdirəcəm” sözləri Toliki özündən çıxarıb.
Prodüser Nazın ünvanına bunları deyib: “Bu da özünü böyük adam hesab edir. Sənin özün nəsən ki, omban da nə ola. Verilişimdə bu qızı biabır edəcəyəm. Bu, nə işə qulluq edir? Türkiyənin varlı kişilərinin yanında “Qarabağ”ın adını çəkir. Guya, bu, bizim adımızı Türkiyədə pozğunluqla ucalara qaldırıb? Canlı efirdə bunun qohumlarına səslənəcəm ki, nəslinizdə bir kişi tapılmadı buna nəsə desin? Yazıq sənin qızının halına, sənin kimi anası var. Get Ağaoğlunun qardaşına məndən şikayət et. Bəlkə sənə sahib çıxdı. Sənin kimilər “Qarabağ”dan danışmasa yaxşı olar”.



Gununsesi.info












