
Prodüser Tarix Əliyevin “Lider”də yayımlanan “Bu bizik, Toliklə” proqramının bağlanması ilə bağlı xəbər yayılıb.
Gununsesi.info bildirir ki, axşam.az-a açıqlama verən prodüser bildirib ki, bunlar şayiədir.
Tolik verilişdə bəzi dəyişikliyin edildiyini deyib: “Sentyabrın 19-dan proqramın yayımına başlayırıq. Verilişim həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı canlı yayımlanacaq. Proqramın vaxtını da dəyişdik. Günorta saat 13:30-dan 15:00-a kimi efirdə olacağıq. Yenə də qonaqlar dəvət edib, müzakirələr aparacağıq”.
Gununsesi.info












