Topbaşın kürəkəni yenidən “FETÖ”çü kimi gözaltına alındı

  • By admin
  • 16 İyun 2017 20:19

omerfarukkavurmacikimdir

İstanbul Böyükşəhər bələdiyyə başqanı, AKP iqtidarının tanınmış simalarından olan Kadir Topbaşın damadı-kürəkəni, iş adamı Ömər Faruk Kavurmaçı yenidən “FETÖ” söruşdurmasından gözaltına alınıb.

Gununsesi.info-nun FOX-a istinadən xəbərinə görə, Kavurmaçı bir az öncə saxlanılıb.

kavurmaci

Əgər onun suçu təsdiqlənərsə, ən azı 15 il həbs cəzası alması gözlənilir.

Qeyd edək ki, bir neçə ay öncə “FETÖ”çü kimi həbs olunan Kavurmaçı səhhətində problemlərin yaranması səbəbi ilə bu yaxınlarda təxliyyə edilmiş və onun təxliyyəsi ciddi təpkilərə səbəb olmuşdu.

KAMİL

Gununsesi.info