Törədilən ağır cinayətin üstü açıldı

  • By admin
  • 10 İyul 2017 13:32

qandal

Gəncə şəhər sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb.

Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Anar

Gununsesi.info