Torpaq almaq istəyən şəxsə 50 min manat “atdılar”

  • By admin
  • 02 İyul 2017 23:30

saxta_pul_260517__(1)
Hüquq-mühafizə orqanlarına daha bir dələduzluq faktı ilə bağlı müraciət daxil olub. Lent.az xəbər verir ki, Bəhlul Həsənov adlı vətəndaş Xəzər rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, keçən ilin oktyabrında Emin və Elxan adlı şəxslərə torpaq almaq üçün 50 min manat pul verib. Lakin həmin şəxslər vəd verdikləri kimi torpaq sahəsini onun adına rəsmiləşdirməyib.

Müraciət əsasında araşdırma aparılır.

Gununsesi.info