Tovuz sakini evinə girən oğrunun üzünü yandırıb

  • Müəllif: admin
  • 22 Yanvar 2018 10:54

Tovuzda yerli sakin üz nahiyyəsindən yanıq xəsarətləri alıb.

Gununsesi.info-nun “report”a istinadən verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə daxil olan zaman ev sahibinin onun üzünə qaynar su atması olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info