Tovuz sakini özünü bıçaqladı - ƏSƏBİ OLUB

  • Müəllif: admin
  • 30 Oktyabr 2018 23:22

Tovuz rayon sakini özünü bıçaqlayıb.

Gununsesi.az bildirir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rəhimov Tahir Məhəmmədəli oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 Araşdırmalar zamanı T.Rəhimovun əsəbiləşərək özünü bıçaqladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam edir.