Tovuz sakini polisə yalan məlumat verməsini etiraf edib

  • By admin
  • 16 Sentyabr 2017 13:25

polis_idaresi_201015-300x200

Tovuz rayonunun Aşağı-Öysüzlü kənd sakini 3 nəfər şəxs tərəfində soyğunçuluğa məruz qalması barədə yalan məlumat verməsini etiraf edib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 15-də Tovuz rayonunun Aşağı-Öysüzlü kənd sakini Elxan Həsənov RPŞ-yə müraciət edərək həmin gün naməlum 3 nəfər şəxs tərəfindən soyğunçuluq yolu ilə 60 manatının və qızıl üzüyünün alınmasını bildirib.

E.Həsənov daha sonra izahatında pula ehtiyacı olduğu üçün qızıl üzüyünü 80 manata satdığını və polisə soyğunçuluq barədə yalan məlumat verməsini etiraf edib.

Anar

Gununsesi.info