Tovuz sakini sirkə turşusundan zəhərlənib

  • Müəllif: admin
  • 13 Mart 2017 20:05

tecili-yardim-masinina-yol-vermeyen-suruculer-cezalandirilacaq

 

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.

APA-nın verdiyi məlumata görə, rayonun Qovlar şəhərinin sakini, 17 yaşlı Ülviyyə Mübarizqızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, yenicə ailə quran Ü. Mübarizqızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info