Tovuz sakini ziyanvericilər əleyhinə işlədilən maddədən zəhərlənib

  • Müəllif: admin
  • 24 Mart 2017 22:46

tecili-yardim-masinina-yol-vermeyen-suruculer-cezalandirilacaq

Tovuz rayon sakini ziyanvericilər əleyhinə işlədilən zəhərdən zəhərlənib.

Gununsesi.info-nun verdiyi məlumata görə, rayonun Xatınlı kənd sakini, 1978-ci il təvəllüdlü Hicran Məmmədova zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın ziyanvericilər əleyhinə zəhər qarışıqlı  yemi sahəyə səpdikdən sonra zəhərlənib.

Gununsesi.info