Tovuzda 15 nəfərin öldürmək istədiyi “Malış” kimdir? - QOVLARDAKI ƏMƏLİYYATLA BAĞLI YENİLİKLƏR/ FOTOLAR

  • By admin
  • 04 Fevral 2019 10:23

Xəbər verdiyimiz kimi 2 gün öncə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qovlar qəsəbəsində əməliyyat keçirərək, 15 nəfəri həbs edib.

Qeyd edək ki, bununla bağlı Gununsesi.org-un xəbərində həmin şəxslərin Qovlar qəsəbəsində yaşayan “Malış” ləqəbli Asif Quliyevin üstünə getdiyi bildirilirdi.

Saxlanılar şəxslərdən silah və bıçaq götürülüb. İddialara görə, həmin şəxslər “Malış”ı öldürmək üçün oraya gedib.

Saytımızın araşdırması zamanı “Malış”ın kimliyi üzə çıxıb. Bəlli olub ki, Rusiyada yaşayan Asif Quliyev cinayətkar aləmdə tanınır və iş adamıdır. Rusiyadakı bir sıra ticarət mərkəzləri onun nəzarəti altındadır.

Bu arada saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, dünən Bakıya gəlmək istəyən “Malış”ın özü Qaradağ postunda saxlanılıb. Onun da hadisə ilə bağlı ifadəsinin alındığı deyilir.

Məlumatlara görə, Asif Quliyev “Lotu Quli” kimi tanınan avtoritetlə konfiliktdə olub. Son olayın da bu çəkişmə ilə bağlı olduğu iddia olunur.

Onun Azərbaycanın bir sıra idmançı və sənət adamlarına dəstək verdiyi də bildirilir.

Gununsei.org Asif Quliyevin bir sıra tanınmışlarla fotolarını əldə edib.

Həmin fotoları təqdim edirik.