Tovuzda avtomobil aşıb, xəsarət alanlar var

  • Müəllif: admin
  • 26 Dekabr 2017 20:47


Tovuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə rayonun Əlibəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan – Əlibəyli kənd sakini Zülfüqar Etibar oğlu Quliyev və Tovuz rayon sakini Tural Musa oğlu Abdullayev xəstəxanaya yerləşdirilib. Digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info