Tovuzda bir gündə 5 mağazada oğurluq hadisəsi qeydə alınıb - FOTOLAR

  • By admin
  • 17 Dekabr 2016 11:15

unnamed-7

Tovuzda bir gündə 5 mağaza yarılıb. Cinayətin üstünün açılması istiqamətində gedən tədbirlər zamanı isə məlum olub ki, oğurluğu törədənlər yetkinlik yaşına yenicə çatmış şəxslərdir.

Gununsesi.info xəbər verir ki, hadisə rayon mərkəzindəki 4 telefon və 1 ərzaq dükanında qeydə alınıb. Oğrular mağazalardan çoxlu sayda mobil telefon, danışıq kartları, qol saatları və pul götürüblər.

Hadisə barədə dərhal rayon polisi məlumatlandırılıb. Keçirilən əməliyyat tədbirləri zamanı hüquq mühafizə orqanları əməkdaşları cinayətkarların izinə düşüblər. Aparılan əməliyyat-axtarış tədbirlərindən sonra Alakol kənd sakinləri 18 yaşlı İlkin Həsənov və 19 yaşlı Elşən Ələsgərov şübhəli şəxs qismində saxlanılıblar. İlkin dindirilmə zamanı cinayətlərini boynuna alan İlkin Həsənov və Elşən Ələsgərov tutduqları əməllərdən peşman olduqlarını bildiriblər.

Hazırda Tovuz Rayon Polis Şöbəsində cinayətin təfərrüatları araşdırılır. Məlumat üçün qeyd edək ki, şübhəli qismində saxlanılan hər iki şəxsin əvvəllər cinayət tərkibli heç bir əməlləri olmayıb.

unnamed-8 unnamed-9 unnamed-10 unnamed-11 unnamed-6

Gununsesi.info