Tovuzda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb

  • Müəllif: admin
  • 23 Dekabr 2016 23:37

download

 

Axşam saatlarında Tovuz rayonunda sərxoş sürücü yol qəzasına səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, 1992-ci il təvəllüdlü Aşağı Quşçu kənd səkini Quluyev Vüqar Tərxan oğlunun sərxoş halda idarə etdiyi “VAZ-2107” markalı avtomaşın qarşı tərəfdən gələn digər avtomobillə toqquşub.

Avtoqəza nəticəsində V.Quluyev müxtəlif bədən xəsarətləri alıb. O, hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

 

 

Gununsesi.info