Tovuzda iki qızı ilan sancıb

  • By admin
  • 18 İyul 2017 14:10

ilan

Tovuz rayonunda iki qızı ilan sancıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “trend”ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat veriblər.

Bildirilir ki, hadisə iyulun 17-də axşam saatlarında baş verib. Tovuz rayonunun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızını həyətlərində oynayarkən sağ baldır nahiyəsindən ilan sancıb.

Həmin gün rayonun Əlibəyli kənd sakini, 2001-ci il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı da ilan sancması ilə xəstəxanaya gətirilib.

Hazırda xəstələrin müalicəsi davam etdirilir.

Gununsesi.info