Tovuzda piyadanı maşın vuraraq öldürüb

  • Müəllif: Admin08
  • 07 Oktyabr 2025 20:07

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Piyada hadisə yerinə ölüb.

Hazırda onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info